1 İyun 2016 14:41
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək.

ANS-in Türkiyənin “Habertürk” saytına istinadla verdiyi məlumata görə, İlham Əliyevin Berlin səfəri iyunun 7-nə planlaşdırılıb.


Prezident İlham Əliyevin səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat vermişdi. O, aprelin 6-da Ermənistan Prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyun ayında Almaniyaya səfər edəcəyini demişdi.

Merkel İlham Əliyevlə səfər barədə razılığa gəlindiyini desə də, səfərin dəqiq gününü açıqlamamışdı. “Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, - deyə Merkel İlham Əliyevin səfəri barədə danışarkən bildirib.


Müəllif: