23 İyun 2014 12:24
2 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Qulluğu Məcəlləsi payızda müzakirəyə çıxarılacaq”

“Dövlət Qulluğu Məcəlləsi layihəsinin son variantı artıq hazırdır. Məcəllənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir”.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, Dövlət Qulluğu Məcəlləsinin layihəsi üzərində geniş ictimai müzakirələr aparıldıqdan sonra onun son variantı hazırlanıb.

Qeyd edək ki, Azərbaycanda dövlət qulluğu ilə bağlı məsələlər 12 qanun, 50-yə yaxın fərman və Nazirlər Kabinetinin 8 qərarı ilə tənzimlənir. Bu sahədə ciddi islahatların aparılması məqsədilə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.1-ci bəndində dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması nəzərdə tutulub. Bundan başqa, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması “Yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında” Dövlət Proqramında da öz əksini tapıb.

Mütəxəssislər hesab edirlər ki, sözügedən qanunvericilik aktının qəbul edilməsindən sonra bir çox məsələlərə, o cümlədən müəllim və həkimlərə “dövlət qulluqçusu” statusunun verilib-verilməməsi məsələsinə də aydınlıq gətiriləcək.

Səxavət


Müəllif: