1 İyul 2016 18:21
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son bir neçə ildir ki, dünya özünün ən çətin və ağır günlərini yaşayır. Bir çox ölkələrdə qarşıdurmalar, müharibələr, terror aktları, iqtisadi-siyasi böhranlar insanları sınağa çəkir. Bu da itkilərə, çətinliklərə, sərhədlərin pozulmasına yol açır”.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, xüsusilə, dünya iqtisadi böhranı təbii şəraitindən, tutduğu mövqedən, böyük və kiçikliyindən asılı olmayaraq hər bir dövlətə müəyyən dərəcədə təsir göstərir.

Millət vəkili deyib ki, ancaq reallıqların düzgün qiymətləndirilməsi, ölçülüb-biçilən iqtisadi siyasət, ölkələrarası əməkdaşlığın genişləndirilməsi, görülən ardıcıl tədbirlər və həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bu böhranın təsirlərini azaltmaq mümkün olub.

T.Rzayevin dediyinə görə, qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi, proseslərin mənfi təsirlərinə bir çox ölkələr tab gətirə bilmədiyi halda sevindirici haldır ki, ölkəmizdə böhranın təsirləri ciddi çətinliklər yaratmayıb, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempini qoruyub saxlayıb.

Millət vəkili bildirib ki, beləliklə, uğurlu siyasət Azərbaycanın inkişafının əsasını təşkil edir.

T.Rzayev bildirib ki, ölkə Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası, ilk növbədə qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər yeni müəssisələrin yaradılması və işə salınması, reallaşdırılan islahatlar, iri şəhərlərlə yanaşı regionlarda da genişmiqyaslı infrastrukturun yaradılması, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın təşviqi, sahibkarlara, iş adamlarına göstərilən diqqət və qayğı Azərbaycan iqtisadiyyatının dayanıqlığını möhkəmləndirməklə yanaşı həm də iqtisadi fəallığın yüksəldiliməsinə, insanların kənd və qəsəbələrdə qalıb işləməsinə imkan verib.

“2015-ci ildə dünyada siyasi, iqtisadi, maliyyə, hərbi və humanitar böhranın dərinləşməsi ilə yanaşı neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi nəticəsində dövlət gəlirləri kəskin azalsa da, ancaq makroiqtisadi sabitlik qorunub saxlanıldı. İnflyasiya normallaşdırıldı və iqtisadi inkişaf davam etdirildi. Bu gün qeyri-neft sektorunun ümumidaxili məhsulda payı 70 faizə çatıb. Sənaye istehsalı 2,4 faiz artıb, ölkəyə 20 milyard dollara yaxın sərmayə qoyulub. Pensiyaçıların təqaüdü, sosial müavinətlər, dövlət qulluqçularının əməkhaqları artıb ki, bu da yaxşı nəticələrdir”-deyə, millət vəkili əlavə edib.

Cavad


Müəllif: