2 İyul 2016 14:34

Cenevrədə Sosinternin konfransı keçirilir.

Teleqraf.com xəbər verir ki, bu konfransda Azərbaycanı ASDP sədri Araz Əlizadə və partiyanın beynəlxalq əlaqələr üzrə katibi Səməd Əlizadə təmsil edir.

Ermənistan isə bu konfransda Ermənistan İnqilabi Sosialist (Daşnaksütun) Partiyası ilə təmsil olunur.

Dünən konfransda Araz Əlizadə çıxış edib və bir sıra fikirlər səsləndirib. ASDP sədri Ermənistan dövlətinin 1918-ci ildə yaradıldığını bəyan etməsi qarşı tərəfin qıcıqlanmasına səbəb olub.

Sonra bu mövzu ilə bağlı debat təşkil edilib. Debata qoşulan ASDP-nin beynəlxalq əlaqələr üzrə katibi Səməd Əlizadə erməniləri yerində oturdub. Belə ki, debat zamanı Səməd Əlizadə ASDP sədri Araz Əlizadənin dediklərini sübut edib.

Bu zaman akademik Yaqub Məmmədovun araşdıraraq ortaya çıxardığı Batum sazişinə istinad edib.
Qeyd edək ki, Sosinternin konfransı bu gün işini yekunlaşdıracaq.

Nemət


Müəllif:
Загрузка...