4 İyul 2016 11:04
239

Gürcüstan paytaxtı Tbilisidə ATƏT Parlament Assambleyasının Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib.

İclasda ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının durumu, humanitar vəziyyət və komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

Ermənistandan olan deputatlar qətnamənin “ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi” bəndinə “milli azlıqlar və dini qruplar”ın durumunun araşdırılması ilə bağlı məsələnin da əlavə olunmasını təklif ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil və bu yeni problemlərin yaranmasına səbəb ola bilər.

Azərbaycanlı deputatın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.
Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb. (“Report”)


Müəllif: