4 İyul 2016 11:23

Türkiyə-Azərbaycan Sənayeçi və İş Adamları Birliyi rəsmiləri qarşıdan gələn Ramazan Bayramı münasibətilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Ermənistanla ön cəbhə rayonlarından olan Tovuzda – Əlibəyli kəndində sakinlərlə görüşüblər.

Teleqraf.com xəbər verir ki, millət vəkili Q.Paşayeva, TUSİAB-ın sədri Celil Polat və təşkilat rəsmiləri Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıblar. Ramazan bayramı münasibətilə ön cəbhədə yerləşən Əlibəyli kəndində sakinləri öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili bu cür dəstəklərin, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirib. Ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan Q.Paşayeva dövlətin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb.

Q.Paşayeva sakinlərin fikir və qayğılarını da dinləyib və fikir mübadiləsi aparılıb. Deputat müəllim və şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Q.Paşayeva bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə kitab hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib. TUSİAB-a bu cür məsələlərdə həssasiyyət göstərməsinə görə təşəkkür edən millət vəkili Q.Paşayeva onları da qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib.

Milli lider Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Cəlil Polat ön cəbhədə – Əlibəylidə yaşayan bütün sakinləri təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmnuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Cəlil Polat onlara TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib. Millət vəkili Q.Paşayeva və TUSİAB rəsmiləri kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.

Səxavət


Müəllif:
Загрузка...