4 İyul 2016 16:13
221

Azərbaycan Demokratiya və Rifah Hərəkatının funksioneri Səxavət Əlisoy sosial şəbəkədə “müxalifət bitdimi, bitirildimi” sualına cavab verməyə çalışıb.

Teleqraf.com Səxavət Əlisoyun suala cavabını təqdim edir:

“Lider” ətrafında formalaşmış, fəaliyyətini liderinin ağzından çıxanlarla tənzimləyən, seçkilərdə iqtidardan ənam gözləyən müxalifətin nə birləşməsi mümkündür, nə də uğur qazanması. Qeydiyyatdan keçmiş və keçməmiş 100-ə qədər siyasi təşkilat son 22 ildə 10 qanun layihəsi hazırlayıb parlament bir yana, cəmiyyətə təqdim etməyibsə, bitirilmək yox, bitmək barədə düşünmək lazımdır”.

Qeyd edək ki, S.Əlisoy bir zamanlar Müsavat Partiyasında təmsil olunub, İsa Qəmbərin müşaviri postunu tutub.

Cavad


Müəllif: