5 İyul 2016 10:05
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhrar Partiyasının sədri, Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli növbəti dəfə AXCP sədri Əli Kərimlini ittiham edib.

Teleqraf.com xəbər verir ki, Vaqif Hacıbəyli iddia edib ki, Əli Kərimli sosial şəbəkədə saxta hesabdan istifadə edərək nələrsə yazır.

“Hamı saxta profillərdən imtina edib öz imzası ilə yazmağı öyrəndi, bir Əli Kərimlidən başqa” - deyə, Vaqif Hacıbəyli qeyd edib.

Xatırladaq ki, dünən jurnalist Xədicə İsmayıl verdiyi müsahibə zamanı Müsavat Partiyasının haqqında müəyyən fikirlər işlədib. Bu fikirlər isə Müsavatın xoşuna gəlməyib, AXCP-ni isə razı salıb. Nəticədə sosial şəbəkələrdə Müsavat fəalları Xədicə İsmayılı hədəfə alaraq müəyyən fikirlər yazmağa başlayıb. Bu zaman AXCP-də hədəfə alınıb. Vaqif Hacıbəylinin bu fikirləri də Müsavata qarşı işlədilən sözlərə cavab kimi yozula bilər.

Cavidan


Müəllif: