5 İyul 2016 12:55
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən illik sessiyası başa çatıb.


Toplantıda yekun bəyannamə qəbul olunub.


Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin hərbi eskalasiyasından narahatlıq ifadə olunur. ATƏT regionunda həlli uzanan münaqişələrin mövcud danışıqlar formatı və mexanizmləri çərçivəsində həllində ATƏT sədrliyinin aktiv iştirakı alqışlanır. Sənəddə parlamentarlar Dağlıq Qarabağ münaqişəsi zonasında ədavətin daha da artmasının qarşısını almaq məqsədilə etimad yaradıcı tədbirlərin görülməsi və tərəflərin Minsk Qrupu çərçivəsində hərtərəfli sülh sazişi üzrə danışıqların aparılması istiqamətində iradə nümayiş etdirməsi üçün tərəfləri həvəsləndirməyə çağırılır. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada münaqişə nəticəsində evlərindən didərgin düşmüş insanların təhlükəsiz şəraitdə evlərinə qayıdışı hüququ təsdiqlənir.


Xatırladaq ki, ATƏT PA-nın illik sessiyası 1-5 iyul tarixlərində Tbilisidə keçirilib. (“APA”)


Müəllif: