5 İyul 2016 13:19

Xədicə İsmayıl: “REAL təşkilatlanan siyasi qüvvə deyil”

Natiq Cəfərli: “Bizim 18 El Məclisimiz formalaşıb”

Jurnalist Xədicə İsmayıl ötən gün verdiyi müsahibə zamanı Respublikaçı Alternativ Hərəkatı (REAL) haqqında maraqlı fikirlər işlədib.

X.İsmayıl REAL-la digər siyasi qüvvələrin arasındakı fərqə toxunarkən deyib ki, REAL Hərəkatı onun üçün ekspertlərin toplandığı klubdur: “Bu hərəkat mənim üçün beyin mərkəzidir, nəinki təşkilatlanan siyasi qüvvə”.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Teleqraf.com-a açıqlaması zamanı Xədicə İsmayılın hərəkat haqqında dediklərini şərh edib: “Ölkəyə düşünən beyinlər, bilikli mütəxəssislər, ekspertlər lazımdır. Bu mənada Xədicə İsmayıla təşəkkür edirəm ki, fəaliyyətimizi belə yüksək dəyərləndirib. Təşkilatlanma işimizə gəldikdə, bu istiqamətdə fəaliyyətimiz çox sürətlə gedir. Bu günə qədər 18 El Məclisimiz formalaşıb”.

Xədicə İsmayılın REAL Hərəkatını təşkilatlanan siyasi qüvvə hesab etməməsinə gəldikdə isə N.Cəfərli bildirib ki, ola bilsin ki, Xədicə İsmayıl elə bir söz deməyib: “Dediyinin mənası o deyil. Sadəcə, REAL-ın kadrlarının hərəsinin öz sahəsində liderlər olduğunu deyib”.

Cavad


Müəllif:
Загрузка...