5 İyul 2016 15:24

Ermənistan ATƏT Parlament Assambleyasının yekun Tbilisi bəyannaməsindən narazı qalıb.


Ermənistan mətbuatı bəyannamənin 9-cu maddəsinin Ermənistan üçün qəbuledilməz olması ilə bağlı materiallar yayır.

“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsi ilə etimadı möhkəmləndirmə” adlı qətnamənin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışılar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT xartiyasına uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.

Qeyd edək ki, sözügedən maddə qətnaməyə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən irəli sürülən düzəliş əsasında daxil edilib, düzəliş qətnamənin müəllifi, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin üzvü Marqaret Sederfeld tərəfindən dəstəklənib. (“APA”)


Müəllif:
Загрузка...