5 İyul 2016 16:50
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məəlumata görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Qeyd edilib bəhs edilən dövrdə 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkisi keçirilib. Parlament seçkisində yaxından iştirak edən YAP möhtəşəm qələbə qazanıb və bununla da Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatların sayı 72 nəfərə çatıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər seçki kampaniyasında əsas yer tutub.

2016-cı ilin müvafiq dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını davam etdirib.

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.

Qeyd olunub ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi ilə bağlı olub.

Səxavət


Müəllif: