5 İyul 2016 18:16

“Beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmalıdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı və digər əraziləri Azərbaycana geri qaytarmalıdır. Onun sözlərinə görə, bununla bağlı hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib.

“Bu münaqişə dondurulmuş münaqişə deyil. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərədar olsa da, torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaq”, – deyə S.Fətəliyeva vurğualyıb.

Səxavət


Müəllif: