7 İyul 2016 17:43
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məndən nədən Azərbaycan xalqını, ya da bütün müsəlmanları deyil, ancaq müsəlman vətəndaşlarımızı təbrik etdiyimi (bu cür yazdığımı) soruşurlar. Hətta bunda başqa mənalar, örnəyi, mənim İslama və müsəlmanlara yad münasibətimi görməyə çalışanlar var. Dostlar, mən riyakar adam deyiləm. Fikirlərimin bəziləri yanlış ola bilər, amma mən yalan söyləmirəm. Siyasətdə və gündəlik həyatda səmimiyyəti, bir yanaşma olaraq, çox zaman həqiqətdən üstün tuturam (elmi və fəlsəfi mövzular istisna olmaqla). Açıq danışıram (bacardığım qədər)”.

Teleqraf.com xəbər verir ki, bunu REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib.

Qınaqlara cavab verən E.Qədirli fikirlərini belə əsaslandırıb:

“1. Mənim bütün dünya Müsəlmanlarıyla işim yoxdur. Məni ancaq öz vətəndaşlarımız düşündürür. Ona görə də təbriklərimi və başqa ümumi müraciətlərimi ancaq vətəndaşlarımıza ünvanlayıram.

2. Azərbaycan xalqının hamısı müsəlman deyil. Vətəndaşlarımızın arasında başqa inanclarda olanlar var. Ona görə, fakt olaraq, təbrikimi ancaq Müsəlman vətəndaşlarımıza aid etmişəm, 'xalq' sözündən də buna görə istifadə etmirəm.

3. Ümumiyyətlə, düşünürəm, siyasətçi 'xalq' sözündən mümkün qədər az istifadə etməlidir (seçkiönəci təbliğat, ya da Konstitusiyanın müvafiq maddələrinə istinad istisna sayıla bilər).

P.S. Məqsədim - siyasi dilin dünyəviliyini və proqramatikliyini qorumaqdır”.

Bəkir


Müəllif: