8 İyul 2016 12:00
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın sabiq gender bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Cənubi Koreya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan parlamentinin Cənubi Koreya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib.

Müzakirələr zamanı Qənirə Paşayeva Cənubi Koreyanın sabiq gender bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Qənirə Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

Millət vəkili Cənubi Koreyanın sabiq gender bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.
Cənubi Koreyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən sabiq nazir iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam ifadə olunub.

Millət vəkili Cənubi Koreyanın sabiq nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da geniş məlumatlar verib.

Səxavət


Müəllif: