9 İyul 2016 12:53
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda tərkibi yenilənmiş Argentina Parlamentinin Senatında Azərbaycanla Dostluq Qrupu yaradılıb.

Azərbaycanın Argentinadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Argentina Senatının Xarici əlaqələr və etiqad komissiyası səfirliyə məktub ünvanlayaraq Dostluq Qrupunun yaradılması barədə məlumat verib.

Dostluq Qrupuna əsas etibarilə hazırda iqtidarda olan “Dəyişək” və keçmiş iqtidar bloku –“Qələbə uğrunda Cəbhə” siyasi bloklarına mənsub 8 senator daxildir. Onlar Argentinanın ən böyük əyalətlərini təmsil edirlər. Qrupun rəhbəri senator Valter Barrinuevodur.

Dostluq Qrupunun tərkibi yaxın iki il üçün nəzərdə tutulub. Qrupa başqa senatorların da qoşulacağı gözlənilir.

Senatdan daxil olmuş məktubda Dostluq Qrupunun yaradılmasının parlamentlərarası əlaqələr üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir və bunun iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

Səxavət


Müəllif: