9 İyul 2016 19:51
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Varşava sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar müzakirə olunub.

Azərbaycan prezidenti Dalıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər barədə həmkarına məlumat verib, son danışıqlarda müsbət irəliləyişlərə nail olunduğunu nəzərə çatdırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladan İlham Əliyev bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.


Müəllif: