11 İyul 2016 17:25
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə törədilən terror aktlarının siyasi və ideoloji məqsədləri var. Terror təşkilatları terroru siyasi məqsədə çatmaq naminə vasitə kimi istifadə edirlər. Türkiyədən PKK və İŞİD-in siyasi tələbləri var. Türkiyə hökumətini siyasi müzakirələrə məcbur etmək və istədiklərini əldə etmək üçün terror əməllərinə baş vururlar”.

Bunu Teleqraf.com-a açıqlamasında 21 Yüzil Türkiyə İnstitutunun rəhbəri, təqaüddə olan general-mayor Haldun Solmaztürk deyib.


Teleqraf.com-a danışan general bildirib ki, yaxşı idarəetmə tədbirləri, belə hadisələrin qarşısının vaxtında və qətiyyətlə alınması vacibdir: “Təsəvvür edin ki, bu günə qədər Türkiyədə çoxsaylı terror aktlarının baş verməsinə baxmayaraq, heç kim cəzalandırılmayıb, vəzifəsindən alınmayıb”.


General daha sonra deyib ki, PKK və İŞİD Türkiyədə güclü bir alt yapı sistemi qurub: “Bəlli xalq kəsimində, bəlli məhəllələrdə və səmtlərdə, qəsəbələrdə və bəzi dairələrdə bu terror qurumları dəstək, eləcə də xoş münasibət görür. Bu şəraitdə terror əməllərinin daha uzun müddət davam edəcəyini demək mümkündür”.

Nemət


Müəllif: