11 İyul 2016 21:11

Ukrayna prezidenti Petro Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gələcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

İki günlük səfər çərçivəsində Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasında iştirak edəcək. Səfər zamanı Ukrayna və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən ikitərəfli razılaşmaların imzalanması gözlənilir.

Səfər proqramına Poroşenkonun Azərbaycanın Baş naziri Artur Rəsizadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşü də daxildir.

Samir


Müəllif:
Загрузка...