12 İyul 2016 11:41
297

"Rusiya və Türkiyə münasibətlərinin normallaşması Suriya böhranının daha səmərəli həlli üçün mühüm imkanlar yaradır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirdiyi mətbuat konfrasında deyib:

"Bütün bunlar regionda ümumi vəziyyətə müsbət göstərəcək. Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə iyunun 30-da Soçidə keçirdiyim görüşdə bəzi nailiyyətlər əldə etdik. Rusiya ilə Türkiyənin Suriya böhranı məsələsində mövqeyi üst-üstə düşmür. Ancaq türkiyəli həmkarımla razılığa gəldik ki, BMT TŞ və Sruiyaya Beynəlxalq Dəstək Qrupunun qərarlarının yerinə yetirilməsi yönündə müzakirələri davam etdirək".

Samir


Müəllif: