12 İyul 2016 12:41

Fransada rəyi soruşulanların 50 faizi, Böyük Britaniya vətəndaşlarının 47 faizi, Almaniya vətəndaşlarınını isə 36 faizi hesab edir ki, immiqrasiya onların ölkələrindəki yerli əhalinin öz iş yerlərini itirməsinə gətirib çıxarır.

Teleqraf.com-un məlumatına görə, bu məlumatlar “Sputnik” informasiya agentliyi və radiosunun sifarişi ilə Fransanın məşhur “İfop” və Böyük Britaniyanın “Populus” sorğu şirkətləri tərəfindən keçirilmiş sorğunun nəticəsində əldə edilib.

“Siz bu fikirlə razısız, ya yox: immiqrasiya yerli əhalinin öz iş yerlərini miqrantların xeyrinə itirməsinə səbəb olur” sualına rəyi soruşulan Britaniya vətəndaşlarının demək olar ki, dörddə biri – 24 faizi cavab verə bilməyib. Bu suala Fransa vətəndaşlarının 5 faizi, Almaniya vətəndaşlarının isə 6 faizi “bilmirəm” deyib.

“Populus” şirkəti sorğunu Britaniyada bu ilin 15-21 aprelində keçirib. Fransada isə sorğu “İfop” şirkəti tərəfindən aprelin 4-18-də keçirilib. Sorğuda 3042 respondent – Almaniyadan 989, Fransadan 1008 və Britaniyadan 1045 nəfər iştirak edib.

Ölkə üzrə məlumatlarda səhv maksimum 3,1 faiz təşkil edə bilər, etibarlılıq ehtimalı 95 faizdir.

Qeyd edək ki, ictimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri “Populus”, “Forsa” və “İfop” çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Səxavət


Müəllif:
Загрузка...