14 İyul 2016 18:13
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri uğurlu keçir”.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Analitik bildirib ki, gözlənildiyi kimi Pyotr Poroşenko Bakıda Rusiya əleyhinə açıqlama vermədi: “Bu nə ona, nə də onun azərbaycanlı həmkarına lazım idi. Ukrayna və Azərbaycan prezidentləri arasında danışıqlar daha çox iqtisadi əməkdaşlıq, ticarətin artırılması və nəqliyyat imkanlarının hərəkətə gətirilməsi yolları ətrafında getdi. Rusiya Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Azərbaycan Ukraynanın şərqə yolunu aça bilər.

Prezident İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın tranzit imkanlarından yararlanmağı təklif edib. İndi əsas məsələ yüklərin daşınması üçün münasib tariflərin müəyyənləşdirilməsidir. Üstəlik rəsmi Bakı Kiyevlə hərbi-texniki əməkdaşlığı davam etdirmək, o cümlədən birgə təyyarə istehsalına başlamaq istəyir”.

Səxavət


Müəllif: