14 İyul 2016 19:25
224

"Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağl idi".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqların nə vaxt baş tutacağı hələlik məlum deyil: "Yenə də xatırlatmaq istəyirəm ki, müzakirələr tək şəxsi görüşlər, səfərlər və danışıqlarla deyil, telefon danışıqları və səfirliklər səviyyəsində də aparılır".

Samir


Müəllif: