15 İyul 2016 12:48
230

“Bu gün geniş yayılmış ağılsız, vəhşi terrorun əsas səbəbkarları elə Qərb dövlətləridir, ona görə yox ki, onlar terror təşkilatlarını qurublar, istifadə ediblər. Məhz ona görə ki, onilliklərlə Yaxın Şərq və ərəb coğrafiyasında avtoritar, savadsız, vəhşi rejimləri və liderləri “stabillik” və “maraq” anlayışlarına görə dəstəkləyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu REAl Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bu, çox səhv yanaşma idi: “Səhvin nəticəsində indi nə stabillik var, nə də maraqları təmin edilir. Ümid edirəm ki, Qərb dövlətləri və institutları yaxın keçmişdən doğru dərslər çıxaracaqlar. Yoxsa mənfur terrorun kökü kəsilməyəcək, çünki bugünki terror illərdir Qərbin dəstəklədiyi məhz o axmaq və avtoritar rejimlərin əsəridir”.

İcraçı katib qeyd edib ki, harada ədalət pozulursa, seçki hüququ tapdalanırsa, təhsil məhv edilirsə, əvvəl-axır xaos olur: “Allah dünyanın istənilən yerində günahsız insanları öz axmaq və fanatik ideologiyalarına görə qətlə yetirənlərə lənət eləsin”.

Səxavət


Müəllif: