16 İyul 2016 16:44
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə ikən üç əsas amil sayəsində çevrilişə cəhdin qarşısını ala bidi.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, birincisi və ən əsası odur ki, Prezident R.T.Ərdoğanın demokratiyanı qorumaq çağırışı ilə xeyli sayda vətəndaş küçələrə çıxdı: "İkincisi, İstanbulda yerləşən Türkiyə Birinci ordusunun komandanı Ümit Dündar çevrilişə etiraz etdi. Üçüncüsü isə Türkiyənin əsas müxalif siyasi partiyaları çevrilişə cəhdə etiraz etdilər".

M.Brayza qeyd edib ki, Türkiyənin sabitliyi Qərb üçün, xüsusi ilə ABŞ üçün əhəmiyyətlidir: "Türkiyə Yaxın Şərqdəki iki demokratiyadan biridir. Türkiyənin demokratik dövlət kimi mövcudluğu İŞİD-in orta əsrlər fanatizminə qarşı əks arqumentdir".

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir. (Trend)


Müəllif: