21 İyul 2016 01:54

"Hazırda cari ilin avqust ayında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçirilməsi müzakirə olunur".

"Report" "news.am"a istinadən xəbər verir ki, bu barədə iyulun 20-də ABŞ-ın Ermənistandakı səfiri ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə növbəti görüşünün tarixi barədə verilən sualı cavablandırarkən bildirib.

Lakin, onun sözlərinə görə, iki ölkə prezidenti arasında keçiriləcək görüşün tarixi və yeri hələ ki, məlum deyil.
"Avqustda keçiriləcək görüşün gününü müəyyən etmək üçün Minsk qrupunun üç həmsədri ilə iki ölkə hökuməti arasında müzakirələr aparılmalıdır", - deyə Riçard Mills bildirib.


Müəllif: