24 İyun 2014 18:47
491

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 26-dan 27-dək Finlandiyada keçiriləcək Seçki İdarəetmə Qurumlarının XI Avropa Konfransında iştirak etmək üçün bu ölkədə səfərdə olacaq.

MSK katibliyindən Teleqraf.com-a bildiriblər ki, Avropa Şurasının Venesiya Komissiyası, Finlandiya parlamenti və Ədliyyə Nazirliyi tərəfindən birgə təşkil edilən tədbirdə Avropa ölkələrinin Seçki İdarəetmə Qurumlarının rəhbərləri iştirak edəcəklər.

Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif qurumların rəhbərləri ilə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səxavət


Müəllif: