22 İyul 2016 14:06
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vyana və Sankt-Peterburq danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi tərəfləri, həqiqətən də, müəyyən nəticələrə nail olublar".

Bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.
Onun sözlərinə görə, danışıqlar, həmçinin münaqişənin həllinin siyasi məqamlarının müzakirəsinin başlanılmasına gətirib çıxardı: "Vyana və Sankt-Peterburq danışıqlarından sonra Azərbaycan XİN rəhbərininin bəyanatı da göstərir ki, danışıqlarda müəyyən irəliləyişlər var".

Bəzi politoloqların ilin sonunadək Azərbaycana işğal edilmiş beş rayonun qaytarııması barədə fikirlərini şərh edən M.Brayza qeyd edib ki, bu, belə tez baş verə bilməz: "Belə bəyanatlar prosesə təzyiqdir". (“Trend”)


Müəllif: