23 İyul 2016 00:52
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov Rusiya prezidenti və hökumətinə müraciət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müraciət İdman Arbitaj məhkəməsinin çıxardığı qərarla bağlı olub.

Qorbaçov rusiyalı rəsmiləri məsələ ilə bağlı araşdırmalar aparmağa çağırıb: "Əgər bu həqiqətdirsə, dərhal cinayət işi başlanmalıdır. Yalandırsa, demək bu, Rusiyaya qarşı təxribatdır".

Qeyd edək ki, məhkəmə rusiyalı atletlərin Braziliyada keçiriləcək 2016-cı il Rio Olimpiyadasında iştirakına qadağa qoyub.

Samir


Müəllif: