24 İyun 2014 23:41
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində Lavrovun İrəvanda səfərdə olması zamanı Putinin Bakıya zəngi anlaşılandır”.

Bu sözləri politoloq Ərəstun Oruclu Lavrovun İrəvan səfərini şərh edərkən deyib.

O, Rusiyanın Azərbaycana qarşı yumşaq təzyiq yolunu tutduğunu deyib:

“Əslində Lavrovun İrəvanda səfərdə olduğu vaxt Putinin Bakıya zəngi anlaşılandır. Məsələ tam aydındır və məncə, bunun şərhə ehtiyacı yoxdur. Başqa vaxt zəng eləmək mümkün deyildimi? Təbii ki, bu zəng birmənalı olaraq Azərbaycana təzyiqdir. Rusiya hələlik Azərbaycana qarşı yumşaq təzyiq yolunu tutub. Yəqin ki, bu da növbəti mərhələ olacaq. Burada hər variant ola bilər. Çünki Rusiya siyasətçilərinin təfəkkürünü tutmaq çətindir”./axar/


Müəllif: