26 İyul 2016 13:50
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Eldəniz Səlimov Referendum Aktına münasibətini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, deputat hesab edir ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gələn dəyişikliklərdir.

Millət vəkili deyib ki, həmçinin, bu dəyişikliklər bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından meydana çıxan dəyişikliklərdir.
Odur ki, bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir”.

Millət vəkili bu baxımdan, radikal adlandırılan müxalifətin konstitusiyaya təklif edilən dəyişikliklərə etirazını absurdluq və arqumentsizlik hesab edir: “Onlar iddialarında heç bir məntiq yoxdur, özləri də nəyə etiraz etdiklərini düz-əməlli bilmirlər. Ona görə də radikalların nə deməsinə ciddi fikir vermək lazım deyil. Əsas odur ki, dövlət başçısı Azərbaycanın inkişafını və gələcəyini düşünərək belə bir təşəbbüslə çıxış edib və bu təşəbbüs də Azərbaycan xalqının ürəyindəndir”.

Cavad


Müəllif: