26 İyul 2016 16:20
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il iclas protokolu, MSK-nın bəzi normativ xarakterli aktları və cari məsələlərə baxılıb.

Çıxış edən MSK sədri Məzahir Pənahov ilk olaraq Mərkəzi Seçki Komissiyasının üzvü Almaz Qəhrəmanlını doğum günü münasibətilə təbrik edib.

Daha sonra M.Pənahov gündəlikdə dayanan məsələləri elan edib.

İlk olaraq Azərbaycan Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il iclas protokolları səsə qoyularaq təsdiq edilib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktları məsələsinə də baxılıb. Məsələ ilə bağlı MSK-nın katibi Arifə Muxtarova çıxış edib.

Daha sonra təklif qəbul edilib.

Səxavət


Müəllif: