27 İyul 2016 11:29

“Qondarma erməni “soyqırımı” iddialarının tanınması ilə bağlı qanun layihəsinin Misir parlamentinin müzakirəsinə çıxarılması ilə bağlı məlumat hamımızı ciddi narahat etməlidir. Millət vəkili Mustafa Bekri tərəfindən parlamentə təqdim edilən qanun layihəsinə 337 millət vəkili imza atıb. Sənədə imza atan millət vəkillərindən birinin açıqlaması isə ciddi təssüf doğurur. Faiza Barakatyat adlı millət vəkili mətbuat qurumlarına bu addımın Türkiyə hakimiyyətinin Misirlə bağlı siyasətinə cavab olacağını deyib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Q.Paşayeva qeyd edib ki, görünür, bu sənədi dəstəkləyərək parlamentdə səsverməyə çıxaranlar bu qərarla sadəcə Türkiyəyə deyil, Azərbaycana da zərər vura biləcəklərinin fərqində deyillər: “Erməni yalanları ilə bağlı qəbul edəcəkləri qərarla dünyanın hər yerində yaşayan türk kökənli insanları Misirdən nə qədər incik sala biləcəklərinin də fərqində deyillər. Hesab edirəm ki, Türkiyə və Azərbaycan olaraq diplomatik kanallar, parlamentlərimizdəki dostluq qrupları vasitəsilə Misir parlamentində bu məsələ ilə bağlı keçiriləcək səsverməyə etirazımızı bildirməklə yanaşı, Misirdə yaşayan türk kökənli insanlarımız də bunun qarşısının alınmasına fəal olmalıdırlar.

Gənclərimiz, özəlliklə ərəb və ingilis dilini bilən gənclərimiz də sosial media, şəbəkələr üzərindən Misir millət vəkillərinə müraciətlər göndərərək bunun dost ölkələrimiz arasında münasibətlərə böyük zərbə vuracağını söyləməli, onlardan bütün dünyanın gözü qarşısında Ermənistanın Xocalıda törədiyi soyqırımla bağlı qərar gözlədiyimizi yazmalıdırlar. Bununla bağlı məlumat, foto və faktları göndərməlidirlər”.

Q.Paşayeva qeyd edib ki, o, artıq bəzi misirli millət vəkili dostlarına bununla bağlı yazaraq etiraz səslərini ucaltmalarını xahiş edib: “Belə bir qərarın nə qədər zərərli olduğu barədə fikirlərimi çatdırmaqla bərabər Misirin erməni yalanları ilə bağlı deyil, Xocalı soyqırımı barədə qərar qəbul etməli olduğunu br daha diqqətə çatdırdım. Misirin də erməni yalanları ilə bağlı qərar qəbul edən ölkələr sırasına qatılmaq niyyəti acı təssüf doğurur və bunun qarşısını almaq üçün hamımız fəal olmalıyıq”.

Səxavət


Müəllif:
Загрузка...