28 İyul 2016 11:45
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərh-i No” qəzetinin türkləri təhqir etməsi ilə başlayan etiraz aksiyaları İran hakimiyyətini müəyyən tədbirlər görməyə məcbur edib.

Teleqraf.com GünAz TV-yə istinadən xəbər verir ki, son məlumata görə, Güney Azərbaycanın əksər şəhərlərində iyulun 27-dən “Teleqram” sosial şəbəkəsinin fəaliyyəti dayandırılıb.

“Nəsr” xəbər agentliyi “Teleqram” şəbəkəsində yaranan problemin səbəbini “Hələlik elan olunmamış səbəblər”lə əlaqələndirərək bildirib ki, hazırda Şərqi Azərbaycan və bəzi qonşu vilayətlərdə “Teleqram” sosial şəbəkəsindən istifadə etmək mümkün deyil və şəbəkə istifadəçilərinin mesaj almaq və ya göndərə bilmək imkanları yoxdur.

Başqa bir xəbərə görə, Güney Azərbaycanın bəzi şəhərlərində ümumiyyətlə internet şəbəkəsi kəsilib, bu səbəbdən iyulun 26-da sabahdan axşama qədər bir çox insanın internetə çıxışı mümkün olmayıb.
GünAz TV bildirir ki, sosial şəbəkələr əhali arasında xəbər, şəkil və videoların yayılmasında böyük rol oynayır. “Teleqram” şəbəkəsinin fəaliyyətinin dayandırılması Güney Azərbaycanda “Tərh-i No” qəzetinin türklərə qarşı dərc etdiyi təhqiramiz məqaləyə görə keçirilən etiraz aksiyaları ilə bağlıdır. Hökumət rəsmiləri etiraz aksiyalarının bütün şəhərləri bürüməməsi üçün önləyici tədbirlər görməyə çalışır.

Səxavət


Müəllif: