29 İyul 2016 13:37
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar olaraq yığıncaq keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verərək, bu dəyişikliklərin ölkə üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, ölkə inkişaf etdikcə Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zərurəti yaranır.

F.Vəliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verib.

YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvü Abdulla Rzayev, YAP Şəmkir rayon təşkilatı idarə heyətinin üzvü Vüqar Alıyev və başqaları bildiriblər ki, bu gün xalq Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənib, müdafiə edir: “Əminik ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq”.

Çıxışlardan sonra 63 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.

Səxavət


Müəllif: