29 İyul 2016 20:45

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın Moskvadakı səfiri Con Teftlə görüşüb. APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, amerikalı diplomatın xahişi ilə baş tutan görüşdə Suriyaböhranı və Qafqaz regionundakı vəziyyət müzakirə edilib. Tərəflər, həmçinin, Ukraynanın cənub-şərqindəki münaqişə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, habelə beynəlxalq gündəlikdə duran digər aktual məsələlərə bağlı fikir mübadiləsi aparıblar.
Müəllif: