25 İyun 2014 11:36
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda gənc oğlan bıçaqlanıb.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. Rayon ərazisindən 20-25 yaşlı gənc oğlan kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Gənc oğlan qan içində küçədə tapılıb və hadisə şahidləri bu barədə polisə və təcili tibbi yardıma məlumat veriblər.

Xəstəxanada həkim müayinəsi altında olan gənc oğlan koma vəziyyətində olduğu üçün dindirmək mümkün olmayıb. Buna görə də onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: