25 İyun 2014 13:57
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qafqazdan gedənlərin ən çox məskunlaşdığı qədim Akko şəhərində “Azərbaycan – tolerantlıq ölkəsi” adlı fotosərginin açılışı olub. Sərgi “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Akko şəhər merinin birinci müavini Zeev Noyman, Or-Akiv və Kiryat-Yama şəhər şuralarının deputatları Yosi Peysarov, Marqarita Kazakova kimi fəxri qonaqların iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb.

Fotosərginin açılışında şəhər merinin müavinləri Rauf Ağalarov, Zeev Noyman çıxış edərək Azərbaycandakı yəhudi icması, onların buradakı həyatı haqda danışıblar. Çıxışında “Azİz”in fəaliyyətinə də toxunan Zeev Noyman deyib ki, təşkilat həyata keçirdiyi hər bir layihəsi ilə iki ölkə arasında mövcud əlaqələri daha da gücləndirir. O, eyni zamanda Azərbaycanın dostluq və qarşılıqlı hörmətə əsaslanan siyasətinə də rəğbətlə yanaşdığını deyib.

Çıxışlardan sonra proqramın bədii hissəsi baş tutub. Bu hissədə musiqiçilər Tomer Əliyev, Orli Abramova və “Rəqs edən mirvarilər” rəqs qrupu çıxış edib. Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü Anton Aqarunov şeirlərini Azərbaycan dilində səsləndirib.

Səxavət


Müəllif: