25 İyun 2014 18:33

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

General-leytenant ali hərbi rütbəsi:

General-mayor Babayev Elşad Çingiz oğlu
General-mayor Cəfərov Eyvaz Məmməd oğlu
General-mayor Osmanov Nizam Ramazan oğlu
General-mayor Piriyev Heydər Kamal oğlu
General-mayor Tahirov Ramiz Firudin oğlu.

General-mayor ali hərbi rütbəsi:

Polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
Polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu
Polkovnik Həsənov Hikmət Hüseyn oğlu
Polkovnik Kazımov Vasif Ramiz oğlu
Polkovnik Mazanov İlqar Abbas oğlu
Polkovnik Səfərov İdris Məmməd oğlu.


Müəllif: