22 Aprel 2014 14:01
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyanı Cenevrə razılaşmasına əməl etməməkdə ittiham edir.

Teleqraf.com-un verdiyi məlumata görə, Ukrayna Xarici İşlər naziri Andrey Deşitsa bu barədə Twitter səhifəsində yazıb.

“Rəsmi Kiyev Rusiya Xarici İşlər nazirliyinə Cenevrə razılaşmasına əməl etmə səviyyəsi ilə bağlı etiraz notası göndərib. Rusiyanın cavabını gözləyirik”, - deyə, nazir sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bir qədər öncə, Rusiya Xarici İşlər naziri Serqey Lavrov bəyan edib ki, Ukrayna Cenevrədə əldə olunmuş razılaşmalara əməl etmir. Bundan sonra, Deşitsa Ukraynanın atdığı addımıları, gördüyü işləri barədə hesabat verməyə hazır olduğunu bildirib.

Ülviyyə


Müəllif: