27 İyun 2014 12:01
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilir.

Teleqraf.com xəbər verir ki, İctimai Birliyin 300-ə yaxın üzvünün iştirak etdiyi konfransa gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və digər qonaqlar qatılıblar.

Öncə konfransın katibliyi və say komissiyası seçilib. Sonra "İrəli" İctimai Birliyinin ötən 2 il ərzində fəaliyyəti ilə bağlı hesabat dinlənilib, həyata keçirilən layihələr barədə məlumat verilib.

Qeyd edək ki, konfransda "İrəli" İctimai Birliyinin yeni sədri də seçiləcək. İB-nin hazırkı sədri Rauf Mərdiyev konfransdan öncə jurnalistlərə bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyəcək.


Müəllif: