27 İyun 2014 12:45

Milli Məclisin bugünki iclasında DİP sədri, millət vəkili Asim Mollazadə təkliflərlə çıxış edib.

AŞPA üzvü olan bir sıra siyasi partiyaların üzvləri ilə əlaqə saxladığını deyən deputat, onların Prezidentin çıxışını sürətlə inkişaf edən bir ölkə rəhbərinin çıxışı kimi qiymətləndirdiklərini deyib.

Mollazadə daha sonra bildirib ki, təhsil və elm haqqında qanun müzakirəyə çıxarılmalıdır:

“Mən bununla bağlı gənc alimlərlə söhbət etmişəm. Azərbaycanın dövlət strategiyası gənc nəslin elm və inkişafına dəstək verməkdir. Amma bizdə qanunvericilik olmadığından problem yaranır. İcbari tibbi sığorta haqqında qanunun da icrası yoxdur. Ötən il 2,5 milyon vətəndaş İrana səhhəti ilə bağlı müraciət edib. Biz bu qanunu işlətməsək, xalqımızın sağlamlıq problemini həll edə bilməyəcəyik”.

Nemət


Müəllif: