27 İyun 2014 12:54
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun iyunun 26-a planlaşdırılan yubiley tədbiri iyulun 12-nə ertələnib.

Bu barədə Teleqraf.com-a açıqlamasında həmin tədbirə dəvətli olan Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin qrafiki sıx olduğundan tədbir təxirə düşüb: “Rəsmi Kremldən Züqanova təklif olunub ki, ölkə başçısının səfərləri və qəbulları ilə əlaqədar yubiley tədbiri iyulun 12-nə keçirilsin. 70 illik yubiley dövlət səviyyəsində keçirildiyindən tarix Rusiya hakimiyyəti ilə razılaşdırılıb. Tədbir ümumrusiya müstəvisində keçiriləcək və Kremlin Yekatrina sarayında baş tutacaq. Günün birinci yarısında Kommunist Partiyalar İttifaqının İcraiyyə Komitəsinin iclası olacaq, ikinci hissədə isə Züqanovun ad günü ilə əlaqədar təntənəli tədbir baş tutacaq. Mən biletimi də almışdım. Zəng etdilər ki, prezidentin təklifi nəzərə alınaraq tədbir iyula təxirə salınıb. Mən də iyunun 11-də Moskvaya yola düşəcəm”.

Hər iki tədbirdə iştirak edəcəyini söyləyən R.Qurbanov vurğulayıb ki, tədbirlərdə Komunnist Partiyasının lideri kimi Azərbaycanda ictimai-siyasi durumla əlaqədar geniş məruzə ilə çıxış edəcək.
Artıq AKP sədri Kommunist Partiyası Züqanovun 70 illik yubileyi ilə əlaqədar təbrik tereqramı da ünvanlayıb.

R.Qurbanov onu da əlavə edib ki, sözügedən tədbirlərdə xaricdən qonaqlarla yanaşı Rusiya siyasi liderləri, hakim elitanın rəhbərləri, prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev, parlamentin spikerinin və digər şəxslərin iştirakı nəzərdə tutulub.

O qeyd etdi ki, Azərbaycandakı bələdiyyə seçkiləri və Kommunist Partiyasının seçkiyə hazırlığı barədə Moskvadakı tədbirdə ətraflı məlumat verəcək: “Eyni zamanda 2015-ci ildə keçiriləcək parlament seçkilərində AKP-nin iştirakı ilə bağlı məlumat xarakterli çıxışım olacaq”.

Qeyd edək ki, AKP Kommunist Partiyaları İttifaqında təmsil olunur.

Nərgiz


Müəllif: