22 Aprel 2014 15:02
604

Bir neçə siyasi partiyanın toplaşdığı Demokratik Qüvvələr Birliyi qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı qərar verə bilmir. Buna səbəb yekdil fikrin olmamasıdır.

Belə ki, Demokratik Qüvvələr Birliyində olan partiyaların bəziləri bələdiyyə seçkilərində iştirak etmək istəmir. Bəzi partiyalar isə seçkiyə getməkdə maraqlıdır.

KXCP və Azad Demokratlar Partiyası isə həm də Milli Şurada təmsil olunduqları üçün hələlik hansı blokla seçkilərə gedəcəklərini müəyyən edə bilməyiblər. Bu da yekun qərarın verilməsinə mane olur.


Müəllif: