28 İyun 2014 21:28
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müxalifəti Avropa Şurasından inciyib.

Buna səbəb Avropa Şurası Parlament Assambleyasının yay sessiyası zamanı Azərbaycanla bağlı aparılan müzakirələr, ələlxüsus Prezidentin bu qurumda etdiyi çıxışın böyük səs çoxluğu ilə qarşılanması, dövlət başçısına göstərilən xüsusi hörmət olub. Müxalifətin narazı olmasına səbəb olan ikinci məqam isə AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi, ispan deputat Pedro Aqramuntun yenidən bu posta seçilməsi olub. Aqramunt böyük səs çoxluğu ilə yenidən məruzəçi təyin edilib.

Müxalifətin xüsusi simpatiya bəslədiyi namizəd isə cəmi 19 səs toplayıb. Bu isə olduqca aşağı göstərici hesab olunur. Məhz bu səbəblərdən müxalifətin Avropa Şurasına olan ümidi özünü doğrultmayıb.


Müəllif: