22 Aprel 2014 17:20
616

Xəzəryanı ölkələrin İşçi qrupunun növbəti görüşü iyunda Tehranda keçiriləcək. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Teleqraf.com-un məlumatına görə, Zərif deyib ki, Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin Moskvada keçirilən iclasında nazirlər öz aralarında müştərək çalışmaların artırılmasının zəruriliyini vurğuladılar: "Həştərxan sammitinin bəyannaməsi ilə bağlı razılıqlar əldə olundu. Bİr sıra məsələlər qaldı ki, bunlar Tehranda keçiriləcək işçi qrupun iclasında və həmçinin sammitdən öncə işçi qrupunun Həştərxanda keçiriləcək iclasında müzakirə olunacaq".

Onun sözlərin gərə, Xəzəryanı ölkələrin XİN başçılarının Moskvada keçirilən iclası gözləniləndən daha yaxşı nəticələrlə başa çatıb:

"İclasda bəzi ixtilaflı məsələlərin gündəlikdən çıxarılması və yerdə qalan bəzi ixtilaflarla bağlı həll yollarının tapılması üçün razılıq əldə olundu".


Müəllif: