2 İyul 2014 13:30

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti PA-nın Bakı bəyannaməsinin 4 bəndinə öz etirazını bildirib.

Nümayəndə heyətinin rəhbəri Bahar Muradova bəyannamədəki 137, 138, 139 və 140-cı bəndlərə öz etirazını bildirib.

B.Muradova qeyd edib ki, 137-ci bənddə hərtərəfli, effektli və uzunmüddətli mandat ifadəsi işlənir və bunun altında hansı mənaların dayanması aydın deyil: "Bununla bağlı biz mövqeyimizi ifadə etmişdik. Bununla belə bu bənd qətnaməyə daxil edilib və biz aydın olmadığı üçün bunun əleyhinə çıxış edirik". /Trend/


Müəllif: