2 İyul 2014 15:41
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində yanğın olub.

Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bölgələrdən biri Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi olub.

Qarabağ büromuzun verdiyi məlumata görə, gecə saat 01:30 radələrindən başlayaraq təqribən yarım saat kəndi atəşə tutan qarşı tərəf əsasən iri çaplı silahlardan və yandırıcı güllələrdən istifadə edib. Güllələrdən birinin kənd sakinlərinin tövləsinə dəyərək yanğına səbəb olub. Təqribən 3 saata yaxın davam edən yanğında tövlədəki iribuynuzlu mal-qara diri-diri yanıb. Eyni zamanda 14 ton ot da külə dönüb.

Hadisə yerinə cəlb olunan Goranboy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun evlərə keçməsinin qarşını ala biliblər. Hazırda Goranboy istiqamətində təmas xəttində monitronq keçirən ATƏT rəsmiləri də hadisənin baş verdiyi kəndədirlər. /Anspress/


Müəllif: