22 Aprel 2014 18:18
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri mayın əvvəlində Tiflisdə təhlükəsizlik məsələlərinə dair sammitdə bir araya gələcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Maestro” televiziysına müsahibəsində deyib. G. Marqvelaşvili qeyd edib ki, təhlükəsizlik sammiti nəinki Gürcüstan, o cümlədən region üçün çox əhəmiyyətli olacaq: “Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə biz energetika məsələlərini müzakirə edəcəyik”.

Qeyd edək ki, üç ölkənin XİN rəhbərlərinin fevralın 19-da Gəncə şəhərində görüşü keçirilib.

Nərgiz


Müəllif: