2 İyul 2014 23:59
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi barışıq yolları tapmaq məqsədi ilə vasitəçilikdə iştirak edir.

Bu barədə Fransa xarici işlər naziri Loran Fabius bu gün keçirdiyi brifinqdə bildirib.

Cəbhə xəttində Ermənistanla Azərbaycan arasında gərginliyin artmasını şərh edən Fabius tərəfləri etibar mühiti yaratmağa çağırıb.

Loran Fabius həm də yada salıb ki, Cənubi Qafqaza səfər zamanı Fransa prezidenti Fransua Olland münaqişənin dinc yolla həlli və danışıqlar prosesində inkişaf naminə hər ki ölkənin başçısı ilə görüşüb.

Yada salaq ki, Fransua Olland həm də Parisdə Azərbaycan və Ermənistan liderlərinin görüşünü keçirməyi təklif edib./anspress/


Müəllif: